Papağımızı qabağımıza qoyaq
Nəhayət Azəriblog sisteminə daxil ola bildim. Fərhad bəyə dəvəti və diqqəti üçün təşəkkürlər!
Nə vaxtdır planını cızdığım və hətta blogspot.com`da demo versiyasını hazırladığım Düşüncə blogu bugündən fəaliyətə başlayır. Bu blogda düşüncə, düşünmə texnikaları, məntiq, psixologiya vs. kimi “beyin tələb edən” mövzularda yazılar olacaq. Planda bir müddətdən sonra bloga yeni yazarlar daxil etmək də var.
Düşüncə tərzi əcnəbi məmləkətlərdə universitet tələbələrinə tədris edilir. Bizdə onun əvəzinə bütün ixtisaslarda sovet müəllimlərinin mənasız anlatımında Fəlsəfə dərsi verilir. Ondan da kim nə öyrənir məlum deyil. Nəysə...
